​Rusiya Ermənistanda Hava Hücumundan Müdafiə Sistemi yerləşdirmək istəyir

​Rusiya Ermənistanda Hava Hücumundan Müdafiə Sistemi yerləşdirmək istəyir Nazirlər Kabineti məsələ ilə bağlı qərar layihəsi qəbul edib
Region
23 Oktyabr , 2015 16:55
​Rusiya Ermənistanda Hava Hücumundan Müdafiə Sistemi yerləşdirmək istəyir

Bakı. 23 oktyabr. REPORT.AZ/ Rusiya Nazirlər Kabineti ölkə prezidenti Vladimir Putinə Ermənistan ərazisində regional Hava Hücumudan Müdafiə Sistemi yerləşdirməyi təklif edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin rəsmi saytında məlumat yayılıb.

Hökumət məsələ ilə bağlı qərar layihəsi də qəbul edib. Nazirlər Kabinetinin qərarında deyilir ki, Qafqazda kollektiv təhlükəsizliyi təmin etmək üçün Rusiya Ermənistanda Hava Hücumudan Müdafiə Sistemi yerləşdirməlidir. 

Son xəbərlər

Orphus sistemi