Yuxarı

Rusiya Ermənistana silah tədarükünə başlayıb

Abraamyan: Proses plana uyğun gedir”

Bakı. 21 May. REPORT.AZ/ Rusiya silahlarının federasiyanın 200 milyon dollar həcmində ixrac krediti çərçivəsində Ermənistana tədarükü prosesinə start verilib.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Ovik Abraamyan məlumat verib.

"Proses plana uyğun gedir. Hər hansı bir problem yoxdur. Proses başlayıb", - deyə O.Abraamyan şənbə günü jurnalistlərə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi