​Rusiya Ermənistana silah alması üçün 200 milyon dollar kredit verib

​Rusiya Ermənistana silah alması üçün 200 milyon dollar kredit verib Erməni parlamentarilər kredit sazişini artıq təsdiq ediblər
Region
4 İyul , 2015 08:27
​Rusiya Ermənistana silah alması üçün 200 milyon dollar kredit verib

Bakı. 4 İyul. REPORT.AZ/ Rusiya Ermənistana silah almaq və silahlı qüvvələrini təkmilləşdirmək üçün 200 milyon dollar məbləğində kredit ayırıb.

"Report" "Azadlıq Radiosu"na istinadən xəbər verir ki, Ermənistanın müdafiə naziri Ara Nazaryan iyulun 2-də elan edib ki, ölkənin silahlı qüvvələri regionda qüvvələr balansına əhəmiyyətli təsir göstərəcək yeni silah-sursat alacaqlar.

Ermənistan parlamentariləri ötən həftə İrəvanda Rusiya ilə imzalanan kredit sazişini təsdiq edib.

Kredit üç illik güzəşt dövrü və illik 3 faiz dərəcəsi ilə növbəti 13 il müddətinə ödənilməlidir. Vəsait 2015-2017-ci illər dövründə güzəştlə Rusiya silahlarının alınmasına sərf olunacaq.

Son xəbərlər

Orphus sistemi