​Rusiya Ermənistana satdığı qazın qiymətini endirib

​Rusiya Ermənistana satdığı qazın qiymətini endirib Ermənistan hər 1000 kubmetr üçün 150 dollar ödəyəcək
Region
7 Aprel , 2016 19:58
​Rusiya Ermənistana satdığı qazın qiymətini endirib

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiya Ermənistana satdığı təbii qazın qiymətini aşağı salıb (hər 1000 kubmetr üçün 150 dollar).

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev ilə görüşün nəticələrini şərh edərkən Ermənistan hökumətinin rəhbəri Ovik Abramyan qeyd edib.

"Bu günədək qaz 165 dollara satılırdı. İndi isə "mavi yanacağ"ın qiyməti 150 dollaradək endirilib. Danışıqlar davam edir. Bunun son istehlakçiya təsir edib-etməyəcəyinə dair məsələ hələlik müzakirə olunur", - deyə O.Abramyan bildirib.

Beləliklə, qiymət 9% endirilib. 

Son xəbərlər

Orphus sistemi