Yuxarı

Rusiya Ermənistana sabiq millət vəkilini təhvil verməyi rədd edib

Rusiya Ermənistana sabiq millət vəkilini təhvil verməyi rədd edib

Rusiya Baş Prokurorluğu Ermənistan Məhkəmə Qərarlarının İcbari İcrası Xidmətinin sabiq rəhbəri, Respublikaçılar Partiyasından keçmiş millət vəkili Mihran Poğosianı ölkəsinin hüquq-mühafizə orqanlarına təhvil verməyi rədd edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatrian özünün “Facebook” səhifəsində yazıb. 

O, qarşı tərəfin 1993-cü ildə qəbul edilmiş Mülki, Ailə, Cinayət İşlərinə Dair Hüquqi Yardım və Hüquqi Münasibətlər Konvensiyasına istinad etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, 2008-2017-ci illərdə qeyd olunan vəzifədə işləmiş, sonradan 2018-ci ilədək millət vəkili olmuş M.Poğosian külli miqdarda mənimsəmələr və vəzifə səlahiyyətlərindən sui-istifadələrdə ittiham olunaraq cari ilin aprel ayından axtarışa verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi