Yuxarı

​Rusiya Ermənistana müasir silahlar tədarükünü davam etdirəcək

Ermənistanın müdafiə naziri Seyran Ohanyan daxili bazar qiymətinə ölkəsinə silah verdiyi üçün Rusiyaya təşəkkür edib

Bakı. 20 yanvar. REPORT.AZ/ Rusiya Ermənistana müasir silahlar tədarükünü davam etdirəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Ermənistan hökumətlərarası birgə komissiyasının 10-cu iclasında bildirilib.

Məlumata görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan daxili bazar qiymətinə ölkəsinə silah verdiyi üçün Rusiyaya təşəkkür edib.

İclasda iştirak edən hərbi-texniki əməkdaşlıq üzrə Rusiya federal Agentliyi sədrinin müavini Konstantin Biryulin ölkəsi ilə Ermənistan arasındakı hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyib. Onun sözlərinə görə, Ermənistanda hərbi helikopterlərə və Hava Hücumundan Müdafiə sisteminə daxil olan avadanlığa qulluq və onların təmiri üçün regional mərkəz yaradılacaq.

Konstantin Biryulin deyib ki, Rusiya tərəfinin Ermənistana üç "İL-76" təyyarəsi və çoxfunksiyalı "Su-30 SM" tipli qırıcılar verməsi məsələsinə də baxılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi