Rusiya Ermənistana kredit sazişi üzrə 200 milyon dollarlıq silah verib

Rusiya Ermənistana kredit sazişi üzrə 200 milyon dollarlıq silah verib Bakı. 22 iyul. REPORT.AZ/ Rusiya-Ermənistan kredit sazişinə uyğun olaraq Ermənistana 200 milyon dollarlıq silahın verilməsi tamamilə başa çatıb.
Region
22 İyul , 2018 20:36
Rusiya Ermənistana kredit sazişi üzrə 200 milyon dollarlıq silah verib

Bakı. 22 iyul. REPORT.AZ/ Rusiya-Ermənistan kredit sazişinə uyğun olaraq Ermənistana 200 milyon dollarlıq silahın verilməsi tamamilə başa çatıb.

"Report" "Sputnik Armeniya"a istinadən xəbər vverir ki, bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

"Müasir silah tədarük edilib. İstisna deyil ki, bu cür silahlar heç Rusiya ordusunun özündə yoxdur", - deyə nazir bildirib.

Tonoyan həmçinin qeyd edib ki, Ermənistan-Rusiya dostluq münasibətləri bir çox müqavilələrlə güclənib. Lakin o, lazım gələrsə, bəzi müqavilələrin müddəalarına yenidən baxılmasını da istisna etməyib.

2015-ci ilin iyununda Rusiyanın Ermənistana 200 milyon dollarlıq kredit sazişi üzrə hərbi məhsualların verilməsi ilə bağlı iki ölkə arasında saziş imzalanıb.

Son xəbərlər

Orphus sistemi