Yuxarı

Rusiya Ermənistanda irimiqyaslı hərbi təlimlər keçirəcək

Təlimlərdə RF Cənub hərbi dairəsinin hərbi bazasının bütün hissələri iştirak edəcəklər

Bakı. 10 oktyabr. REPORT.AZ/ Cənub Hərbi Dairəsi (CHD) Ermənistanda irimiqyaslı təlimlər keçirəcək. Bu barədə "Report" CHD-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Oktyabrın 13-dən 19-dək keçiriləcək təlimlərdə Rusiya hərbi bazasının bütün hissələri iştirak edəcəklər. 

Təlimlərdə 3 minə yaxın hərbi qulluqçu, 500 ədəd hərbi və xüsusi texnika iştirak edəcək. Təlimlərə Yerevandakı Erebuni hərbi aerodromunda cəmləşmiş Rusiya aviasiya birləşmələrinin MiQ-29  dördüncü nəsil müasir qırıcıları da qatılacaqlar.

Məlumatda qeyd olunub ki, təlimlərdə əsas məqsəd "birləşmələrin hərbi hazırlığının yoxlanmasıdır". Taktiki təlimlər zamanı Rusiya hərbi qulluqçularının zirehli tank və avtomobil texnikasının müxtəlif növlərində min kilometr marş həyata keçirəcəyi, 30 mindən çox artilleriya mərmisi atacağı, avtomatik toplardan və böyuk kalibrli pulemyotlardan 300 min atəş açacağı planlaşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi