Rusiya Ermənistandakı aviabazasını "Su-30SM" qırıcıları ilə təchiz edəcək

Rusiya Ermənistandakı aviabazasını "Su-30SM" qırıcıları ilə təchiz edəcək Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviasiya bazasında mövcud olan MiQ-29 təyyarələrini 4++cu nəsil Su-30SM tipli çoxməqsədli qırıcılar ilə əvəz edəcək. Bu məqsədlə Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək.
Region
23 Aprel , 2019 05:41
Rusiya Ermənistandakı aviabazasını Su-30SM qırıcıları ilə təchiz edəcək

Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviasiya bazasında mövcud olan "MiQ-29" təyyarələrini "4++"cu nəsil "Su-30SM" tipli çoxməqsədli qırıcılar ilə əvəz edəcək. Bu məqsədlə Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya hərbi idarəsindəki mənbəyə istinadən TASS məlumat yayıb.

Məlumata görə, aviabazanın "Su-30SM" qırıcıları ilə təchiz edilməsinə artıq gələn ildən başlanacaq. Təyyarələrin tədarükü 2020-2021-ci illərdə olmaqla, iki mərhələdə həyata keçiriləcək.

Bildirilir ki, aviabazada olan "MiQ-29"ların hamısının "Su-30SM" qırıcıları ilə əvəzlənməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi