Rusiya Dövlət Dumasının sədri Ermənistandadır

Rusiya Dövlət Dumasının sədri Ermənistandadır Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti Serj Sarqsyan və parlamentin sədri Qalust Saakyanla görüşlər keçirəcək
Region
3 Mart , 2017 15:16
Rusiya Dövlət Dumasının sədri Ermənistandadır

Bakı. 3 mart. REPORT.AZ/ Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi deputat nümayəndə heyəti Ermənistanda rəsmi səfərdədir. 

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, nümayəndə heyətinin Ermənistan prezidenti Serj Sarkisyan və parlamentin sədri Qalust Saakyanla görüşlərin keçirəcəyi gözlənilir.

Səfər çərçivəsində tərəflər parlamentlərarası əməkdaşlığın vəziyyəti və gələcək inkişafını, ikitərəfli münasibətlərin əsas mövzularını müzakirə edəcəklər. Xüsusilə Rusiya və Ermənistan deputatlarının diqqət mərkəzində parlamentlərarası platformalarda, o cümlədən KTMT Parlament Assambleyasında, MDB Parlamentlərarası Assambleyasında, ATƏT-in Parlament Assambleyasında birgə iş məsələləri olacaq.

Nümayəndə heyətinin tərkibinə Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov, nəqliyyat və tkinti üzrə komitənin sədri Yevgeniy Moskviçev, vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini təşkilatların məsələri üzrə komitənin sədri Sergey Qavrilov daxildir. 

Son xəbərlər

Orphus sistemi