​Rusiya dövlət dumasının sədri Ermənistana səfər edəcək

​Rusiya dövlət dumasının sədri Ermənistana səfər edəcək Toplantıda "terrorçuluğa qarşı mübarizə"yə dair məsələ müzakirə olunacaq
Region
10 Mart , 2016 14:44
​Rusiya dövlət dumasının sədri Ermənistana səfər edəcək

Bakı. 10 mart. REPORT.AZ/ Rusiya dövlət dumasının sədri Sergey Narışkin martın 11-12-də Ermənistana işgüzar səfər edəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda dumanın saytında məlumat yayılıb.

Məlumata görə, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasının sədri olan Sergey Narışkin Yerevanda assambleyanın iclasını keçirəcək. Toplantıda "terrorçuluğa qarşı mübarizə"yə dair məsələ müzakirə olunacaq.

Qeyd edək ki, KTMT-yə Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Rusiya daxildir. 

Son xəbərlər

Orphus sistemi