Rusiya DİN-in idarə rəisinin qatili axtarılır

Rusiya DİN-in idarə rəisinin qatili axtarılır İrina Volk: “Şübhəlinin tutulması ilə bağlı bütün əməliyyat-axtarış və istintaq tədbirləri görülür”
Region
28 Mart , 2017 15:07
Rusiya DİN-in idarə rəisinin qatili axtarılır

Bakı. 28 mart. REPORT.AZ/ Moskva polisi Rusiya Daxili İşlər Nazirliyinin Təmir-tikinti işləri üzrə idarə rəisinin qatilini axtarır.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk bildirib.

“Şübhəlinin tutulması ilə bağlı bütün əməliyyat-axtarış və istintaq tədbirləri görülür”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, martın 27-də avtomobilini dayanacaqda saxlayan zaman naməlum şəxslər nazirliyin əməkdaşına hücum ediblər: “Onun portfelini götürüblər və hələlik müəyyən edilməyən silahdan döş qəfəsi nahiyəsinə atəş açıblar. O, aldığı güllə yarasından hadisə yerində ölüb”.

Son xəbərlər

Orphus sistemi