Rusiya Daxili İşlər Nazirliyi helikopteri qəzaya uğrayıb, 2 pilot ölüb, 2-si yaralanıb - YENİLƏNİB

Rusiya Daxili İşlər Nazirliyi helikopteri qəzaya uğrayıb, 2 pilot ölüb, 2-si yaralanıb - YENİLƏNİB Helikopterin göyərtəsində 4 pilot olub
Region
4 Mart , 2016 17:26
Rusiya Daxili İşlər Nazirliyi helikopteri qəzaya uğrayıb, 2 pilot ölüb, 2-si yaralanıb - YENİLƏNİB

Bakı. 4 mart. REPORT.AZ/ Rusiyanın İvanovo və Vladimir vilayətlərinin sərhədində helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralı halda xəstəxanaya yerləşdirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda İstintaq Komitəsinin Volqaboyu Nəqliyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, helikopterin göyərtəsində 4 pilot olub.

*** 14:47

Rusiya Daxili İşlər Nazirliyinin "Mi-8" helikopteri qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanı məlumat yayıb.

İlkin məlumata əsasən, helikopterin göyərtəsindəki 4 nəfərlik ekipaj salamatdır.

Vertolyot meşəyə düşüb.

Helikopter İvanovodan Moskvaya uçurmuş.  

Son xəbərlər

Orphus sistemi