Rusiya DİN-in bölmə rəisi rüşvət alarkən həbs olunub

Rusiya DİN-in bölmə rəisi rüşvət alarkən həbs olunub Yuri Timçenko 15,9 milyon dollar vəsaitin vergisinin ödənilməsinin dayandırılıması üçün 800 min dollar rüşvət tələb edib
Region
9 Dekabr , 2016 14:52
Rusiya DİN-in bölmə rəisi rüşvət alarkən həbs olunub

Bakı. 9 dekabr. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyinin Xüsusi Təhlükəsizlik Baş İdarəsinin bölmə rəisi Yuri Timçenko Sankt-Peterburqda rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Y.Timçenko 15,9 milyon dollar vəsaitin vergisinin ödənilməsinin dayandırılıması üçün 800 min dollar rüşvət tələb edib.

Onun saxlanılması əməliyyatını İstintaq Komitəsi Federal Təhlükəsizlik Xidmətinin Regional İdarəsinin əməkdaşlarının dəstəyi ilə keçirib. 

Son xəbərlər

Orphus sistemi