​Rusiyada 110 min polis ixtisar olunacaq

​Rusiyada 110 min polis ixtisar olunacaq Hazırda bu qurumun bir milyondan çox əməkdaşı var
Region
13 İyul , 2015 19:40
​Rusiyada 110 min polis ixtisar olunacaq

Bakı. 13 iyul. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyi (DİN) 110 min əməkdaşını ixtisar edəcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu nazirliyin mətbuat xidməti bildirib.

Məlumata əsasən, Rusiya prezidenti Vladimir Putin məsələ ilə bağlı uyğun fərman imzalayıb.

Xəbərdə bildirilib ki, ixtisar vilayət və daha yüksək səviyyədəki idarələrin, eləcə də hələ komplektləşdirilməmiş qurumların hesabına aparılacaq.

Müəssisə və obyektlərin qaravulçuları da ixtisar olunacaq. Bundan sonra həmin işi özəl mühafizə təşkilatları həyata keçirəcək.

Qeyd edək ki, bu ilin martında daxili işlər naziri Vladimir Kolokoltsev nazirliyin xərcləri və şəxsi heyətin ixtisar ediləcəyini bildirmişdi. Məlumata görə, bu tədbir nazirliyin 2015-ci il üçün nəzərdə tutulan maliyyə xərclərinin azaldılması ilə bağlıdır. Hazırda bu qurumun bir milyondan çox əməkdaşı var.

Son xəbərlər

Orphus sistemi