Rusiya DİN: İnterpol prezidenti seçkilərinin siyasiləşdirilməsi yolverilməzdir

Rusiya DİN: İnterpol prezidenti seçkilərinin siyasiləşdirilməsi yolverilməzdir Bakı. 20 noyabr. REPORT.AZ/ İnterpol prezidenti seçkilərini siyasiləşdirmək və onlara təsir göstərməyə çalışmaq yolverilməzdir.
Region
20 Noyabr , 2018 16:54
Rusiya DİN: İnterpol prezidenti seçkilərinin siyasiləşdirilməsi yolverilməzdir

Bakı. 20 noyabr. REPORT.AZ/ İnterpol prezidenti seçkilərini siyasiləşdirmək və onlara təsir göstərməyə çalışmaq yolverilməzdir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

O qeyd edib ki, xarici mətbuatda rusiyalı namizədin İnterpol prezidentliyinə iddiasının diskreditasiyasına istiqamətlənmiş kampaniya var.

"Bu baxımdan transmilli cinayətkarlığa və terrorizmə qarşı mübarizədə səylərini birləşdirən 192 ölkəni birləşdirən peşəkar beynəlxalq təşkilat kimi İnterpolun siyasiləşdirilməsini yolverilməz hesab edirik", - İ.Volk deyib.

Onun sözlərinə görə, Aleksandr Prokopçuk prezident seçilərsə, yalnız İnterpolun maraqlarına uyğun çalışacaq.

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Litva rusiyalının İnterpolun rəhbəri seçiləcəyi təqdirdə, təşkilatı tərk edəcək.

Son xəbərlər

Orphus sistemi