Rusiya desantları Ermənistanda birgə təlimdə iştirak edəcək

Rusiya desantları Ermənistanda birgə təlimdə iştirak edəcək Rusiya desantları öz imkanlarını Ermənistan, Belarus və Nikaraquada keçiriləcək beynəlxalq təlimlərdə yoxlamağı planlaşdırırlar
Region
6 Dekabr , 2016 11:39
Rusiya desantları Ermənistanda birgə təlimdə iştirak edəcək

Bakı. 6 dekabr. REPORT.AZ/ Rusiyanın 1000-ə yaxın desantı 2017-ci ildə Ermənistanda birgə təlimdə iştirak edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, gələn il Rusiya desantları ölkədən kənarda birgə hərbi təlimlər keçirəcəklər.

“Desantlar Ermənistan, Belarus və Nikaraquada keçiriləcək beynəlxalq təlimlərə qatılacaqlar”, - deyə məlumatda vurğulanıb.

İnformasiyaya əsasən, Rusiya Hərbi Hava Desant taqımları 2017-ci ildə 70-dən artıq beynəlxalq tədbiri qəbul etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi