​Rusiya dəniz piyadalarının Xəzərdə təlimi başlayıb

​Rusiya dəniz piyadalarının Xəzərdə təlimi başlayıb Gəmilərdəki 18 qanadlı raketlərdən kütləvi zərbələrin endirilməsi tapşırğı yerinə yetiriləcək
Region
6 İyun , 2016 11:24
​Rusiya dəniz piyadalarının Xəzərdə təlimi başlayıb

Bakı. 6 iyun . REPORT.AZ/ Dağıstan Rusiya Xəzər Donanmasının dəniz piyadaları əlahiddə taborunun özüyeriyən artilleriya batareyasının şəxsi heyətinin kompleks təlimi başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, gəmilərdəki 18 qanadlı raketlərdən kütləvi zərbələrin endirilməsi tapşırğı yerinə yetiriləcək. Təlimdə 50-yə yaxın dəniz piyadası 15 özüyeriyən "Nona" artilleriya qurğusu ilə müxtəlif normativləri yerinə yetirəcək.

Məlumata əsasən, hərbçilər kəşfiyyat və atəş açmaqla fərdi tapşırıqları da icra edəcəklər. 

Son xəbərlər

Orphus sistemi