Yuxarı

Rusiya dəniz piyadaları Xəzər dənizində təlim keçir

Təlimlərə 500-dən çox hərbçi, təxminən 100 ədəd hərbi və xüsusi texnika cəlb edilib

Bakı. 11 iyul. REPORT.AZ/ Rusiyanın Xəzər dəniz donanmasının dəniz piyadalarının 500-dən çox hərbçisinin taktiki təlimləri başlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, təlimlərə təxminən 100 ədəd hərbi və xüsusi texnika cəlb edilib.

Təlimlər zamanı müdafiə olunmaq üzrə döyüş aparılması, silah və hərbi texnikandan atəş açılması bacarıqları artırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi