KİV: ​Rusiya Corc Soros Fondu və NDİ-ni arzuolunmaz qurumlar siyahısına daxil edib

KİV: ​Rusiya Corc Soros Fondu və NDİ-ni arzuolunmaz qurumlar siyahısına daxil edib Ədliyyə Nazirliyi məsələni şərh etməkdən boyun qaçırıb
Region
25 İyun , 2015 16:57
KİV: ​Rusiya Corc Soros Fondu və NDİ-ni arzuolunmaz qurumlar siyahısına daxil edib

Bakı. 25 iyun. REPORT.AZ/ ABŞ-ın Corc Soros Fondu, Demokratiyaya Milli Yardım Fondu, Mak-Artur Fondu, Milli Demokratiya İnstitutu (NDİ) və başqa beynəlxalq qeyri-hökumət təşkilatları Rusiyada arzuolunmaz qurumlar siyahısına daxil edilib, "Report"un məluamtına görə, bu barədə "İnterfax" xəbər yayıb. 

Bu gün Rusiya Ədliyyə Nazirliyinin saytında arzuolunmaz xarici və beynəlxalq QHT-lərin qeydiyyatına dair məlumat dərc olunub. Xəbərə görə, onların ölkə ərazisində fəaliyyəti qadağan edilib.

Nazirlik məsələni şərh etməyərək bildirib ki, həmin QHT-lərin fəaliyyətinin arzuolunmazlığı barədə qərarı Rusiyanın baş prokuroru, yaxud onun müavinləri Xarici İşlər Nazirliyi ilə əlaqələndirərək qəbul edir.

Məlumata əsasən, arzuedilməz QHT haqda qanun bu il mayın ortalarında qəbul olunub. Həmin qanuna görə, Rusiyanın dövlət quruluşu, müdafiə qabiliyyəti və ya dövlət təhlükəsizliyini təhdid edən QHT-lər arzuolunmaz qurumlar elan olunurlar. 

Son xəbərlər

Orphus sistemi