Rusiya Çinə “S-400” zenit-raket kompleksinin tədarükünə başlayıb

Rusiya Çinə “S-400” zenit-raket kompleksinin tədarükünə başlayıb Hava hücumundan müdafiə tipli kompleksin ilk partiyası artıq Çinə göndərilib
Region
18 Yanvar , 2018 12:40
Rusiya Çinə “S-400” zenit-raket kompleksinin tədarükünə başlayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Rusiya Çinə “S-400” zenit-raket kompleksinin tədarükünə başlayıb.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, iki ölkə arasında bununla bağlı saziş 2014-cü ildə imzalanıb.

Məlumata görə, hava hücumundan müdafiə tipli kompleksin ilk partiyası artıq Çinə göndərilib.

Qeyd edək ki, xarici ölkələr arasında “S-400” zenit-raket kompleksinin ikinci alıcıs Türkiyədir. 2017-ci il dekabrın sonunda Rusiya və Türkiyə arasında iki ədəd “S-400” kompleksi ilə bağlı müqavilənin yekun sənədi imzalanıb.

Son xəbərlər

Orphus sistemi