Rusiya Cəzaçəkmə Müəssisələri Federal Xidmətinin direktoru işdən çıxarılıb

Rusiya Cəzaçəkmə Müəssisələri Federal Xidmətinin direktoru işdən çıxarılıb Rusiya Cəzaçəkmə Müəssisələri Federal Xidmətinin direktoru, general-polkovnik Gennadi Kornienko vəzifəsindən azad edilib.
Region
3 Oktyabr , 2019 15:54
Rusiya Cəzaçəkmə Müəssisələri Federal Xidmətinin direktoru işdən çıxarılıb

Rusiya Cəzaçəkmə Müəssisələri Federal Xidmətinin direktoru, general-polkovnik Gennadi Kornienko vəzifəsindən azad edilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Qeyd edək ki, G.Kornienko 2012-ci ilin iyunundan bu vəzifədə çalışıb. O həmçinin bir sıra təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə də işləyib. 

Son xəbərlər

Orphus sistemi