Yuxarı
    Bağlamaq

    ​Rusiya Cənub Hərbi Dairəsinin hissələrində gözlənilməz yoxlamalar keçirilir

    Bu tədbirə general-leytenant Viktor Sevoctyanov başçılıq edir

    Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiya Cənub Hərbi Dairəsinə məxsus aviasiya hissələrində gözlənilməz yoxlamalar başlayıb. 

    "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Cənub Hərbi Dairəsi mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, yoxlamalar Rostov və Volqoqrad vilayətlərindəki hərbi hissələrdə keçirilir. Bu tədbirə Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 4-cü Ordusunun komandanı general-leytenant Viktor Sevoctyanov başçılıq edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi