Yuxarı

​Rusiya Cənub Hərbi Dairəsində hava qüvvələrinin təlimi başlayıb

Plana uyğun olaraq keçirilən taktiki-uçuş təliminə 40-a yaxın müxtəlif təyyarələr cəlb edilib

Bakı. 16 fevral. REPORT.AZ/ Rusiyanın Cənub Hərbi Dairəsində ölkənin cənubunda yerləşən Hərbi Hava Qüvvələri və Hava hücumundan Müdafiə hərbi hissələrinin təlimi başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, plana uyğun olaraq keçirilən taktiki-uçuş təliminə 40-a yaxın müxtəlif təyyarələr, o cümlədən "Su-24MP" kəşfiyyatçı-təyyarə, bombardmançı "Su-34" və qırıcı "Su-27" də cəlb edilib.

Manevr zamanı təyyarəçilər müxtəlif döyüş-təlim tapşırıqlarını yerinə yetirirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi