Bakı. 13 may. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Estoniya sakinini casusluq ittihamı ilə saxlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu FTX-nin İctimaiyyətlə Əlaqə Mərkəzi bildirib.
Məlumata görə, 1969-cu il anadan olan Mardaleyşvili Arsen Nodaroviç Estoniyada vətəndaşsız statusu ilə yaşayır.
İnformasiyada bildirilib ki, FTX onu Sankt-Peterburqda casusluq əməli törədərkən saxlayıb.
FTX-dən bildirilib ki, Estoniyanın Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamenti Arsen Mardaleyşvilini Rusiya Silahlı Qüvvələrinə aid obyektlərlə bağlı məlumat toplamağa göndərib.
O, Rusiya Cinayət Məcəlləsinin casusluq maddəsi ilə ittiham olunur.