Yuxarı

Rusiya bazasından yoxa çıxan hərbçi Yerevanda tapılıb

Hərbçi dünən axşam Ermənistan hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək Rusiya tərəfinə təhvil verilib

Bakı. 29 iyul. REPORT.AZ/ Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasından yoxa çıxan hərbçi Yerevanda üzə çıxıb.

Bu barədə "Report" "News.am"a istinadən xəbər verir.

Ermənistan polisinin mətbuat xidmətinin məlumatına görə, hərbçi dünən axşam Ermənistan hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək Rusiya tərəfinə təhvil verilib.

Müqavilə əsasında xidmətdə olan hərbçi yerli vaxtla təxminən 19:00-da Yerevanın Respublika meydanında aşkar edilib. Hərbi bazanı özbaşına tərk edən hərbçinin üzərində silah olmayıb.

Qeyd edək ki, müqavilə əsasında xidmətdə olan hərbçi hərbi hissəni tərk edə bilər. Ancaq o, bir neçə gün ərzində xidmət yerinə gəlmədiyindən Rusiya bazasının rəhbərliyi Ermənistan tərəfinə müraciət edib.

Onu da əlavə edək ki, hərbçinin adı açıqlanmır. Hazırda o, Rusiyanın Gümrüdəki bazasındadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi