Rusiya Baş Qərargah rəisinin Türkiyəyə səfəri təxirə salınıb

Rusiya Baş Qərargah rəisinin Türkiyəyə səfəri təxirə salınıb Səfərin təxirə salınmasının səbəbləri açıqlanmayıb
Region
26 Avqust , 2016 11:55
Rusiya Baş Qərargah rəisinin Türkiyəyə səfəri təxirə salınıb

Bakı. 26 avqust. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Valeri Gerasimovun Türkiyəyə səfəri təxirə salınıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, səfərin təxirə salınmasının səbəbləri açıqlanmayıb.

Məlumata görə, V.Gerasimov Ankaraya bir müddət sonra gedəcək. 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin avqustun 26-da Türkiyəyə səfər etməsi və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahnın rəisi ordu generalı Hülusi Akar ilə görüşməsi planlaşdırılırdı. 

Son xəbərlər

Orphus sistemi