Yuxarı
    Bağlamaq

    Rusiya baş nazirinin müavini İrana səfərini təxirə salıb

    Buna İranın səfər barədə məlumat yayması səbəb olub

    Bakı. 14 fevral. REPORT.AZ/ Rusiya baş nazirinin müavini Dmitri Roqozin İrana səfərini təxirə salıb.

    "Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Kommersant" nəşri məlumat yayıb.

    Bildirilir ki, səfərin təxirə salınmasına İran tərəfinin Roqozinin gəlişi barədə xəbəri mətbuata açıqlaması səbəb olub.

    İslam Respublikasının Moskvadakı səfiri Mehdi Sənai bu barədə fevralın 12-də məlumat verib. Roqozin baş nazirin digər müavini İqor Şuvalov, energetika naziri Aleksandr Novak və başqa məmurlardan ibarət nümayəndə heyətinə rəhbərlik etməli imiş.

    Nümayəndə heyətinin təyyarəsi fevralın 13-də səhər saatlarında uçmalı olsa da, "texniki səbəblər"dən səfəri təxirə salmaq lazım gəlib.

    Qeyd olunur ki, İran ondan əvvəlcədən səfərin məxfi saxlanmasına dair edilən xahişə məhəl qoymayıb. Məsələ burasındadır ki, tərəflər Elm və Texnologiyalar üzrə Komitənin iclası ilə yanaşı, kifayət qədər "zərif məsələləri" müzakirə etməyi nəzərdə tutublarmış. Xüsusilə, İran tərəfinin təyyarə almaqla bağlı qərb ölkələrinə üz tutmasının səbəblərinə dair "mürəkkəb danışıqlar" planlaşdırılıb.

    "Biz İrana həddindən artıq dəstək göstəririk, Tehran isə onları sanksiyalarla məhv edən kəslərdən texnika alır", - deyə mənbə bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi