Bakı. 18 avqust. REPORT.AZ/ Rusiyanın Volqaboyu hərbi məhkəməsi Samarada Rusiya Baş Kəşfiyyat İdarəsinin istefada olan polkovniki Vladimir Kvaçkovun 1,5 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, o, cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək.
Cəza müddəti 2018-ci il avqustun 18-dən sayılacaq.
V.Kvaçkov 2013-cu ildə "Silahlı qiyam təşkil etməyə cəhd” və “İnsanları terror fəaliyyətinə cəlb etmək" maddələri üzrə mühakimə olunaraq 8 il azadlıqdan məhrum edilib.