​Rusiya Baltik dənizində hərbi təlim keçirir

​Rusiya Baltik dənizində hərbi təlim keçirir Ötən gün Şimal Hərbi Dəniz Donanması, Qərb Hərbi Dairəsinin ayrı-ayrı birləşmələri və Hava-Desant Qoşunlarının manevri başlayıb
Region
17 Mart , 2015 14:58
​Rusiya Baltik dənizində hərbi təlim keçirir

Bakı. 17 mart. REPORT.AZ/ Rusiyanın Baltik Hərbi Dəniz Donanması, Cənub Hərbi Dairəsinin, eləcə də Hava-Desant Qoşunlarının bir sıra hərbi hissə və birləşmələri strateji komanda-qərargah təlimi çərçivəsində yüksək dərəcədə döyüş hazırlığı vəziyyətinə gətirilib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, hazırlıq çərçivəsində təlimlər keçirilir.

Xatırladaq ki, martın 16-da Şimal Hərbi Dəniz Donanması, Qərb Hərbi Dairəsinin ayrı-ayrı birləşmələri və Hava-Desant Qoşunlarına nəzarət çərçivəsində hərbi hazırlıq vəziyyətinin yoxlanılması ilə bağlı tədbir başlayıb.

Bu tədbirdə 38 min hərbçinin döyüş hazırlığı yoxlanılacaq. Bundan başqa, aksiyaya 3,36 min hərbi texnika, 41 gəmi, 15 sualtı qayıq, 110 təyyarə və helikopter cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi