Yuxarı
    Bağlamaq

    ​Rusiya Azərbaycan da daxil olmaqla 5 ölkəyə 15 min vaqon satacaq

    2015-ci ilin əvvəlindən indiyədək Rusiyadan Azərbaycana 2 255 yeni yük vaqonu gətirilib

    Bakı. 5 fevral. REPORT.AZ/ Rusiya Azərbaycan, İran, Qazaxıstan, Misir və Kubaya 15 min müxtəlif tip vaqon satmağı planlaşdırır.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Sənaye-Ticarət Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, 2015-ci ilin əvvəlindən indiyədək Rusiyadan Azərbaycana 2 255 yeni yük vaqonu gətirilib. Onların 301-i qapalı, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1 000-i yarımvaqon, 450-si çən, 204-ü taxıldaşıyan, 100-ü xopper vaqonudur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi