Rusiya Azərbaycan vasitəsilə İranın şimalına qaz tədarükü planlarını təsdiqləyib

Rusiya Azərbaycan vasitəsilə İranın şimalına qaz tədarükü planlarını təsdiqləyib Vladimir Putin: "Bu bizim tərəfdaşlarımız üçün iqtisadi cəhətdən səmərəli ola bilər"
Region
1 Noyabr , 2017 21:28
Rusiya Azərbaycan vasitəsilə İranın şimalına qaz tədarükü planlarını təsdiqləyib
Washingtontimes/ Marc Bennetts

Bakı. 1 noyabr. REPORT.AZ/ Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsinin Azərbaycan vasitəsilə İranın şimalına qaz tədarükü planlarını təsdiqləyib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə o, iranlı və azərbaycanlı həmkarları, Həsən Ruhani və İlham Əliyev ilə keçiridyi danışıqlar zamanı deyib.

"Diqqətinizi bir məsələyə yönəldim: - baxmayaraq ki, bizim ölkələrdə karbohidrogenlərin istehsalı böyük həcmdə aparılır, maraqlıdır ki, bu xam malın bir birimizə tədarük etmə planları var. Mən daxili daşınmanı nəzərdə tuturam. Məsələn, biz Azərbaycanın boru nəqliyyat sistemləri vasitəsi ilə İranın şimalına qaz tədarükü hazırlığımızı təsdiqləyirikl. Bu bizim tərəfdaşlarımız üçün iqtisadi cəhətdən səmərəli ola bilər", - deyə Rusiya Prezidenti bildirib.

Vladimir Putin görüş zamanı həmçinin iqtisadi məsələlərin və terrorçuluqla mübarizənin də müzakirə olunduğunu deyib: "Biz sabitlik sahəsində vacib məsələləri, cinayətkarlıq və terrorçuluqla mübazirəni müzakirə etdik".

O, hər üç ölkənin iri karbohidrogen istehsalçıları olduğunu vurğulayıb.

“Lakin bu o demək deyil ki, rəqabət aparmalıyıq. Biz öz hərəkətlərimizi koordinasiya etməliyik", - deyə Vladimir Putin vurğulayıb.

Son xəbərlər

Orphus sistemi