Rusiya Avropa Şurasını tərk edə bilər

Rusiya Avropa Şurasını tərk edə bilər Bakı. 20 sentyabr. REPORT.AZ/ Rusiya Avropa Şurasından çıxmaq qənaətinə gəlib.
Region
20 Sentyabr , 2018 18:31
Rusiya Avropa Şurasını tərk edə bilər
Deposit Photos

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Rusiya Avropa Şurasından çıxmaq qənaətinə gəlib". 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye ilə görüşündə bildirib. 

"Tam səmimi deyirəm, artıq Avropa Şurasından çıxmağı düşünürük. Dörd ildir danışıqlar gedir, amma heç bir irəliləyiş yoxdur”, - o deyib.

Qeyd edək ki, Rusiya Krımı ilhaq etdiyinə görə 2014-cü ildən AŞPA-da bir sıra səlahiyyətlərindən məhrum edilib. Buna cavab olaraq Rusiya qurumun iclaslarında iştirakını dayandırıb.

Son xəbərlər

Orphus sistemi