Rusiya aviaşirkətlərinə Azərbaycana uçuş zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tövsiyə olunub

Rusiya aviaşirkətlərinə Azərbaycana uçuş zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tövsiyə olunub Azərbaycanla yanaşı, daha 46 ölkə "təhlükəli zona"ya salınıb
Region
17 Noyabr , 2015 16:25
Rusiya aviaşirkətlərinə Azərbaycana uçuş zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tövsiyə olunub

Bakı. 17 noyabr. REPORT.AZ/ Rusiya aviaşirkətlərinə 47 ölkəyə, o cümlədən Azərbaycana uçuşlar zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsləhət görülüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın federal hava nəqliyyatı agentliyi olan "Rosaviasiya" noyabın 10-da bütün aeroportlara və aviaşirkətlərə təhlükəsizlik tədbirlərinin gücləndirilməsilə bağlı teleqram göndərib.

"İnterfaks"ın aviaşirkətlərin birində işləyən məsul şəxsdən aldığı məlumata görə isə daşıyıcılara 47 ölkəyə uçuş zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsilə bağlı tövsiyə edilib. Bu ölkələr aşağıdakılardır: Avstriya, Əlcəzair, Albaniya, Əfqanıstan, Azərbaycan, Banqladeş, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Misir, İndoneziya, İspaniya, İtaliya, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Kipr, Küveyt, Liviya, Livan, Mərakeş, Malayziya, Makedoniya, Moldova, Myanmar, BƏƏ, Pakistan, Portuqaliya, Rumıniya, Səudiyyə Ərəbistanı, Suriya, ABŞ, Sudan, Tayland, Tacikistan, Türkmənistan, Türkiyə, Tunis, Fransa, Filippin, Monteneqro, Uqanda, Özbəkistan və Şri-Lanka.

Qeyd edək ki, daha öncə Rusiya Federal Təhlükəsizlik Xidməti "A321" təyyarəsinin qəzaya uğramasının terror aktı nəticəsində olduğunu təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi