Yuxarı

​Rusiya ATƏT Parlament Assambleyasının sessiyasını boykot edib

Sergey Narışkin: Rusiya nümayəndə heyətinin səviyyəsinin aşağı salınması yolverilməzdir

Bakı. 1 iyul. REPORT.AZ/ "Rusiya nümayəndə heyətinin səviyyəsinin aşağı salınması yolverilməzdir. Nümayəndə heyətimiz tam tərkibdə ATƏT-in Parlament Assambleyasında iştirak etməyəcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bildirib.

Xəbərə görə, iyulun 5-9 Helsinkidə ATƏT Parlament Assambleyasının illik sessiyası keçiriləcək. Finlandiyanın Xarici İşlər Nazirliyi sessiyada iştirak etmək istəyən S.Narışkinə viza verməyib.

Qeyd edək ki, Ukraynanın şərqindəki vəziyyət və Krımın Rusiya tərəfindən ilhaqına görə, Avropa İttifaqı Rusiyanın bir sıra dövlət, ictimai, siyasi xadimləri və iş adamlarına sanksiya tətbiq edib. Həmin siyahıda Sergey Narışkinin də adı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi