Rusiya AŞPA-nın sessiyasına yenə nümayəndə heyəti göndərməyəcək

Rusiya AŞPA-nın sessiyasına yenə nümayəndə heyəti göndərməyəcək Bunu Rusiya Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy bildirib
Region
11 Yanvar , 2018 09:29
Rusiya AŞPA-nın sessiyasına yenə nümayəndə heyəti göndərməyəcək
EPA/PARICK SEEGER

Bakı. 11 yanvar. REPORT.AZ/ Rusiya Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasına nümayəndə heyəti  göndərməyəcək.

“Report” xəbər verir ki, bunu Rusiya Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, buna səbəb assambleyanın reqlamentində milli nümayəndə heyətlərinin diskriminasiyadan qorunması üçün dəyişikliyin edilməməsidir.

Qeyd edək ki, Krımın ilhaqından və Ukraynanın şərqində baş verən hadisələrdən sonra Rusiyanın AŞPA-dakı nümayəndə heyətinə qarşı sanksiya tətbiq olunub. 2014-cü ilin aprelindən Rusiyanın nümayəndə heyəti AŞPA-da əsas səlahiyyətlərdən, səsvermə hüququndan məhrum edilib. 2015-ci ildə assambleyada Rusiya nümayəndə heyətinin səlahiyətlərinin bərpası məsələsi iki dəfə gündəliyə çıxarılsa da sanksiya qüvvədə qalıb.

Xatırladaq ki, AŞPA-nın sessiyası yanvarın 22-26-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi