​Rusiya alman hərbi attaşeni ölkəyə buraxmaqdan imtina edib

​Rusiya alman hərbi attaşeni ölkəyə buraxmaqdan imtina edib Generalın şəxsi dəvətləri də cavabsız qalıb
Region
8 Avqust , 2015 03:25
​Rusiya alman hərbi attaşeni ölkəyə buraxmaqdan imtina edib

Bakı. 8 Avqust. REPORT.AZ/ Rusiya tərəfi Almaniyadan olan hərbi attaşe briqada generalı Gerta Qavellekə ölkəyə gəlmək üçün viza verməkdən imtina edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Qavellek ADR-in AFR-də general statusuna qədər xidmət edən ilk hərbçisi olub, Moskva hərbi akademiyasında təlim keçib.

Nəşrin məlumatına görə, rusiyalı zabitlər alman attaşenin, hətta şəxsi dəvətlərini də cavabsız qoyublar.

Almaniyanın "Spiegel" nəşri yazır ki, bu qərar alman tərəfinin hərəkətlərinə "cavab tədbiri" olub.

Bundan əvvəl Almaniya rusiyalı hərbçini ölkəyə buraxmaqdan imtina edib.

Son xəbərlər

Orphus sistemi