Yuxarı
    Bağlamaq

    Rusiya, ABŞ və Türkiyə Suriyadakı vəziyyəti müzakirə edib

    Suriya və İraqda regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb

    Bakı. 7 mart. REPORT.AZ/ Antalya şəhərində Rusiya, ABŞ və Türkiyə silahlı qüvvələrinin nümayəndələri arasında Suriyadakı vəziyyətə həsr olunmuş üçtərəfli görüş başa çatıb.

    "Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Danışıqlarda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hülusi Akar və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford iştirak ediblər.

    "Görüş zamanı Suriya və İraqda regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb. Xüsusilə, gələcəkdə bütün terror təşkilatlarına qarşı mübarizənin səmərəliliyinin artırılması kontekstində Suriyada terror təşkilatları ilə mübarizə üzrə cari vəziyyət müzakirə olunub. Həmçinin bütün tərəflər əməliyyatlar zamanı insidentlərin qarşısının alınması üçün əlavə tədbirlərin görülməsinin vacib olduğunu qeyd ediblər", — deyə məlumatda bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi