Yuxarı

Rusiya ABŞ-la plutoniumun utilizasiyası haqqında razılaşmanı dayandırıb

Buna səbəb kimi ABŞ-ın dost olmayan fəaliyyəti göstərilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin plutoniumun utilizasiyası haqqında ABŞ-la imzalanan razılaşmanın icrasının dayandırılması barədə sərəncam imzalayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, buna səbəb kimi ABŞ-ın dost olmayan fəaliyyəti göstərilib.

"Rusiya və ABŞ hökumətləri arasında plutoniumun utilizasiyası dayandırılıb. Bu sahədə müdafiə məqsədilə əməkdaşlıq artıq vacib deyil" - sənəddə bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi