Yuxarı

Kreml: "ABŞ-ın Türkiyəyə ultimatumu yolverilməzdir"

Rusiya ABŞ-ın Türkiyəyə hədəsinə münasibət bildirib

“Türkiyə ilə Rusiya arasında “S-400” zenit-raket kompleksi üzrə müqaviləsi ilə bağlı ABŞ-ın ultimatumu yolverilməzdir”.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, “S-400” üzrə müqavilə ilə bağlı məsələnin bitdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Türkiyəyə Rusiya "S-400" zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib. Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, “S-400” zenit-raket kompleksi ilə bağlı təlim almaq üçün Rusiyaya hərbçi göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi