Rusiya ABŞ-ın Suriya hərbçilərinə hava zərbəsindən sonra BMT TŞ-nin iclasını çağırır

Rusiya ABŞ-ın Suriya hərbçilərinə hava zərbəsindən sonra BMT TŞ-nin iclasını çağırır Moskva Vaşinqtondan izahat tələb edir
Region
18 Sentyabr , 2016 01:24
Rusiya ABŞ-ın Suriya hərbçilərinə hava zərbəsindən sonra BMT TŞ-nin iclasını çağırır

Bakı. 18 sentyabr. REPORT.AZ/ Moskva Deyr-əz-Zorda Suriyanın hökumət qüvvələrinə aviazərbələrin endirilməsi ilə əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq və Vaşinqtondan izahat tələb etmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya-24" telekanalının efirində deyib.

"Biz Vaşinqtondan izahat tələb edirik: bu İŞİD-ə dəstək üçün məqsədyönlü siyasətdir, yoxsa növbəti səhvdir? Rusiyanın BMT yanındakı daimi nümayəndəsinə bu məsələ ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasına dair tapşırıq verilib. Biz Vaşinqtondan tam və detallı izahat tələb edirik və izahat BMT TŞ-də verilməlidir", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi