Yuxarı

​Rusiya ABŞ-a qarşı mümkün yeni sanksiyalara hazırlaşır

Sergey Ryabkov: Moskva Vaşinqtonun sanksiyalarına kifayət qədər faydalı əkstədbirlərlə cavab verə bilər

Bakı. 27 fevral. REPORT.AZ/ "Rusiyanın Amerikanın sanksiyalarına reaksiyası heç də həmişə hamıya aşkar şəkildə olmur, çünki Moskva piar-effekti dalınca qaçmır".

"Report" "TASS"a istinadən xəbər verir ki, bu sözləri kütləvi informasiya vasitələrinə müsahibəsi zamanı Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Cavab tədbirlərinə gəldikdə isə, siz yəqin fikir vermisiniz ki, biz bu sahədə piar-effekti dalınca qaçmırıq, reaksiya qaydasında həyata keçirilən tədbirlər, eləcə də, assimetriklik, heç də həmişə hamıya aşkar şəkildə olmur", - deyə o qeyd edib.

"Biz mümkün yeni sanksiyalara hazırlıq üzrə işləri davam etdiririk. Amerikanın sanksiya sahəsindəki fəaliyyəti ilə reallıqda, ətrafda baş verənlər arasında əlaqə görmürük. Yəni iki uyğun olmayan sahə, ona görə, böyük ehtimal ki, yeni sanksiyalar mümkündür. Və əvvəl tətbiq olunan sanksiyaların səbəbləri aradan qaldırılan zaman və ya vəziyyət dəyişəndə belə bir şey artıq olub. Ona görə, hadisələrin bu cür dönüşünə hazır olmaq lazımdır", - deyə Rusiya XİN rəhbərinin müavini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi