​Rusiya "A321" təyyarəsini partladan qruplaşmanın adını açıqlayıb

​Rusiya "A321" təyyarəsini partladan qruplaşmanın adını açıqlayıb Təyyarəni İŞİD-in filialı olan "Vilayət-Sinay" partladıb
Region
25 Noyabr , 2015 02:52
​Rusiya A321 təyyarəsini partladan qruplaşmanın adını açıqlayıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Rusiyanın "A321" sərnişin təyyarəsini Misirin Sina yarımadasında fəaliyyət göstərən "Vilayət-Sinay" terror qruplaşması partladıb.

"Report" xəbər verir ki, bunu Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə noyabrın 24-də Qahirədə keçirilən görüş zamanı Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu açıqlayıb.

"Terrorun Misirin nə dərəcədə kəskin problemi olduğunu yaxşı bilirik. Sina yarımadasında əli yüzlərlə günahsız insanın, o cümlədən aviaqəzada bizim həmvətənlərimizin qanına batan və İŞİD-in filialı olan "Vilayət-Sinay"ın artıq bir ildir ki fəaliyyət göstərməyi həyəcan doğurur. Biz bu bəla ilə mübarizədə sıx işləməyə hazırıq", - deyə o bildirib.

Xatırladaq ki, Sinada baş verən aviaqəza zamanı 224 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi