Rusiya 12,5 min hərbçi ilə "Kafkaz-2016" adlı təlim keçirir

Rusiya 12,5 min hərbçi ilə "Kafkaz-2016" adlı təlim keçirir Hərbi tədbir sentyabrın 10-da başa çatacaq
Region
5 Sentyabr , 2016 13:09
Rusiya 12,5 min hərbçi ilə Kafkaz-2016 adlı təlim keçirir

Bakı. 5 sentyabr. REPORT.AZ/ Rusiya "Kafkaz-2016" adlı hərbi təlimə başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

İnformasiyada bildirilib ki, 12,5 min hərbçinin iştirak etdiyi təlim Cənub Hərbi Dairəsinin poliqonlarında, Qara dəniz və Xəzər hövzələrində keçirilir.

Hərbi tədbir sentyabrın 10-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi