Rus və alman turistlərin Türkiyəyə axını kəskin azalıb

Rus və alman turistlərin Türkiyəyə axını kəskin azalıb Münasibətlərin normallaşmasına baxmayaraq, rusiyalı turistlərin axını 84% aşağı düşüb
Region
30 Sentyabr , 2016 08:44
Rus və alman turistlərin Türkiyəyə axını kəskin azalıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Cari ilin avqust ayında Türkiyəyə səfər edən əcnəbi turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 38% azalıb. Bu ölkədə istirahət etməyə tələbat, xüsusilə Rusiya və Almaniyadan olan turistlər arasında kəskin aşağı düşüb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin cümə axşamı açıqladığı məlumata istinadən "Die Welt" nəşri yazıb.

Nəşr qeyd edir ki, Rusiyadan gələn turistlərin sayı iki ölkə arasında münasibətlərin normallaşmasına baxmayaraq 84% azalıb. Alman turistlərin sayında isə 34,5%-lik enmə müşahidə olunub.

Bildirilir ki, Türkiyəyə daha çox turist göndərən ölkə isə Səudiyyə Ərəbistanı olaraq qalır.

Son xəbərlər

Orphus sistemi