Yuxarı
    Bağlamaq

    Gümrüdə rus hərbçisinin öldürdüyü ermənilərin sayı 7-yə çatıb

    Bunu Ermənistan Səhiyyə Nazirliyi bildirib

    Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiyanın 102 saylı bazasının müddətli hərbçisi Valeri Permyakovun yaraladığı 6 aylıq körpə - Seryoja Avetisiyan da ölüb.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan Səhiyyə Nazirliyi bildirib.

    Xatrıladaq ki, bu il yanvarın 12-də Rusiya hərbçisi Valeri Permyakov Gümrüdə bir erməni ailəsinin 2 yaşlı uşağı da daxil olmaqla 6 nəfəri avtomatla qətlə yetirmiş, 6 aylıq körpəni isə yaralamışdı. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi