Yuxarı
    Bağlamaq

    Rumıniyanın səfiri: "AGRI layihəsinin həyata keçirilməsi kommersiya maraqları məsələsidir"

    Radu Horumba: Layihənin iş qabiliyyətinə əmin olmaq üçün onun bəzi hesablamalarına yenidən baxılmalıdır© Courtesy İmage

    Bakı. 31 mart. REPORT.AZ/ "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsi yalnız strateji düşüncə yox, həm də ilk növbədə, kommersiya maraqları məsələsidir".

    "Report" xəbər verir ki, bunu Rumıniyanın Gürcüstandakı səfiri Radu Horumba "Georgia Today" nəşrinə müsahibəsində AGRI layihəsinin inkişafının hansı mərhələdə olması ilə bağlı sualı cavablandırarkən deyib.

    R.Horumba tərəflərin artıq layihənin texniki-iqtisadi əsaslandırılmasını müzakirə etdiklərini və hazırda bu məsələnin hökumət səviyyəsində baxılmağa davam etdiyini vurğulayıb.

    "Tezliklə layihədə inkişafın ardını görəcəyik. Bundan əlavə, qazın qiymətinin birbaşa bağlı olduğu neft qiymətlərinin bu gün ötən illərə nisbətən aşağı olduğunu unutmamaq lazımdır. Ona görə də layihənin iş qabiliyyətinə əmin olmaq üçün onun bəzi hesablamalarına yenidən baxılmalıdır. Həmçinin regiondakı vəziyyətə nəzər yetirmək, təchizatçıların potensialını və alıcıların tələblərini diqqətlə araşdırmaq lazımdır", - deyə səfir bildirib.

    Qeyd edək ki, AGRI layihəsi Azərbaycan qazının qaz boruları vasitəsilə Gürcüstanın Qara dəniz sahilinə daşınmasını, orada xüsusi terminala yükləndikdən sonra tankerlərlə Rumıniyanın Konstanta limanına daşınmasını özündə ehtiva edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi