Rumıniyanın Ermənistandakı səfiri Vaşinqtonda çıxışından sonra geri çağırılıb

Rumıniyanın Ermənistandakı səfiri Vaşinqtonda çıxışından sonra geri çağırılıb Səfirin sözləri ermənilər arasında etirazlara səbəb olub
Region
6 Dekabr , 2014 14:13
Rumıniyanın Ermənistandakı səfiri Vaşinqtonda çıxışından sonra geri çağırılıb
Bakı. 6 dekabr. REPORT.AZ/ Rumıniyanın Ermənistandakı səfiri Sorin Vasile izahat üçün Buxarestə çağırılıb.

"Report" "Armenpress"ə istinadən xəbər verir ki, səfirin geri çağırılmasına səbəb Ermənistan-Amerika Universitetində qondarma "erməni soyqırımına" dair çıxışı olub. Səfirin sözlərini Ermənistanda təhqir və qərəzli kimi qəbul ediblər. 

Qeyd edək ki, Vaşinqtonda çıxışı zaman S.Vasile Fransa-Almaniya müqaviləsi, macar və rumınlar arasında sülhü müqayisə edib, həmçinin qeyd edib ki, hər kəsin öz doğrusu və problemə öz baxış nöqtəsi var. 

Çıxış Ermənistanın, eləcə də Rumıniya ermənilərinin etirazlarına səbəb olub. Onlar hesab edirlər ki, dost olmaq və münasibətləri bərpa etmək üçün ötən əsrin əvvəlində baş verən hadisələri qəbul etmək lazımdır. 

Son xəbərlər

Orphus sistemi