Bakı. 9 fevral. REPORT.AZ/ Fevralın 12-də Rumıniyanın xarici işlər naziri Boqdan Ayresku Gürcüstana səfər edəcək. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ikigünlük səfər çərçivəsində Rumıniya XİN rəhbəri 2015-ci il üçün İllik Milli Proqramın hazırlanması ilə bağlı beynəlxalq seminarda iştirak edəcək.
Səfər çərçivəsində Boqdan Ayresku Gürcüstan prezidenti, baş nazir, parlament spikeri və Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri ilə görüşəcək. Fevralın 13-də Rumıniya XİN rəhbərinin gürcü həmkarı Tamar Beruçaşvili ilə görüşü planlaşdırılıb.