Yuxarı

Ruhani Yəməndə ərəb koalisiyasına silah göndərən ölkələri cəzalandırmağa çağırıb

Səudiyyə Ərəbistanı və ərəb koalisiyasına silah tədarük edən ölkələr məsuliyyətə cəlb olunmalıdır

Bakı. 5 mart. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani Ər-Riyad başda olmaqla ərəb koalisiyasına silah göndərən ölkələri cəzalandırmağa çağırıb.

“Report” xəbər verir ki, İslam Respublikası prezidenti bunu fransalı həmkarı Emmanuel Makronla telefon söhbəti zamanı deyib.

"Biz Yəməndə törədilən hərbi cinayətlərin şahidləriyik, Səudiyyə Ərəbistanı və ərəb koalisiyasına silah tədarük edən ölkələr məsuliyyətə cəlb olunmalıdır", - deyə o bildirib.

Ruhani həmkarının diqqətini koalisiyanın bombardımanı nəticəsində Yəməndə yaranmış ağır humanitar böhrana yönəldib. Dövlət başçısı Parisi və Avropanı bu ölkənin sakinlərinə yardım və dəstək göstərməyə çağırıb.

Bundan əlavə, İran prezidenti fransalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib və orada tezliklə sülh və sabitliyin bərqərar edilməli olduğunun vacibliyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi